Rusiyanın Tver vilayətində film çəkilişləri üçün qurulan dekorasiyalarda genişmiqyaslı yanğın baş verib.
1xeber.media xəbər verir ki, bu barədə vilayət üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən RIA Novosti məlumat yayıb.
Hadisə vilayətin Zubtsov dairəsinin Bolşoye Kobyakovo kəndində qeydə alınıb. İlkin məlumata görə, alov ümumilikdə 30 tikilini əhatə edib və yanğının sahəsi 2 000 kvadratmetr təşkil edib.
Yanğın nəticəsində xəsarət alanların olduğu barədə məlumat verilməyib.
İlkin ehtimala əsasən, yanğına yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəb olub. Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ryazan vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının kütləvi hücumundan sonra da yanğın baş verdiyi bildirilmişdi.