Вернуться назад Распечатать

Keçmiş britaniyalı detektiv yaddaşında qalan ən dəhşətli cinayətdən danışıb

20 ildən artıq Böyük Britaniya polisində çalışdığını bildirən bir Reddit istifadəçisi peşə fəaliyyəti dövründə rastlaşdığı ən sarsıdıcı cinayət hadisəsini bölüşüb.

1xeber.media xəbər verir ki, Cbh1525 ləqəbli istifadəçinin sözlərinə görə, söhbət evli olan ögey qardaş və bacının törətdiyi ağır cinayətdən gedir.

Onun iddiasına əsasən, sosial xidmət orqanlarının onların qohumluq münasibətlərini aşkar edə biləcəyindən ehtiyatlanan cütlük beş övladını öldürmək qərarına gəlib. Detektiv bildirib ki, onlar əvvəlcə uşaqlara narkotik maddə veriblər, daha sonra iki uşağı başlarına polietilen torba keçirərək boğublar. Həmin uşaqların həyatını xilas etmək mümkün olmayıb.

Üçüncü uşağı vannada boğmağa cəhd edərkən isə ana fikrindən daşınıb və tanışına zəng edib. O da dərhal polisə məlumat verib. Nəticədə qalan üç uşaq xilas olunub.

Keçmiş detektiv bildirib ki, onun fikrincə, uşaqları qətlə yetirən şəxslər ən ağır cəzaya layiqdirlər. O əlavə edib ki, uzun illər xidmət ərzində çoxsaylı ağır cinayətlərlə qarşılaşsa da, psixoloji sağlamlığını və soyuqqanlılığını qoruyub saxlaya bilib.

Qeyd edək ki, bu məlumatlar Reddit platformasında anonim istifadəçinin paylaşdığı şəxsi hekayəyə əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.