Вернуться назад Распечатать

Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı

İyulun 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən 1xeber.media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.