Muğla vilayətinin Seydikemer rayonunda kənd təsərrüfatı ərazisində başlayan yanğın küləyin təsiri ilə meşə sahəsinə yayılıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd olunur ki, ərazidə güclü külək səbəbindən alovlar tez bir zamanda yayılıb. Məlumatdan sonra əraziyə Meşə Təsərrüfatı Baş İdarəsinin qrupları göndərilib.
Külək səbəbindən sürətlə yayılan alovlar həm havadan, həm də yerdən söndürülür.