Вернуться назад Распечатать

Azərbaycanda nağdsız ödənişlərin həcmi 9,9 milyard manatı ötüb

İlin əvvəlindən iyunun sonuna kimi ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.

1xeber.media Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4 faiz, POS-terminalların sayı 16,9 faiz artıb.