Вернуться назад Распечатать

Bu ölkədə ilk dəfə qadın spiker seçildi

Əlcəzair parlamentinin aşağı palatası olan Milli Xalq Məclisi tarixində ilk dəfə qadın spiker seçib.

1xeber.media xarici mətbuatına istinadən xəbər verir ki,  söhbət ölkədəki dördüncü ən yüksək vəzifəli şəxs, Əlcəzair əyalətini təmsil edən allerqoloq və parlament üzvü Xalidə Bufedeşdən gedir.

O, ölkənin müstəqilliyinin başlanğıcında dayanan hökumətyönlü tarixi partiya olan Milli Azadlıq Cəbhəsinin (FLN) üzvüdür.

Məlumata görə, FLN son parlament seçkilərində ən çox sayda - 407 yerdən 91-ni qazanıb. Seçici fəallığı 21,24% təşkil edib ki, bu da indiyə qədər ən aşağı göstəricidir.