Ukrayna Silahlı Qüvvələrinin (VSU) Rəzyan şəhəri və vilayətinə hücum cəhdi zamanı istifadə etdiyi pilotsuz uçuş aparatlarının tipi açıqlanıb.
1xeber.media xəbər verir ki, “Arxangel spetsnaza” Telegram kanalının müəlliflərinin məlumatına görə, hücumlar FP-1 tipli dronlarla həyata keçirilib.
Məlumata əsasən, iyulun 29-na keçən gecə Rusiya hava hücumundan müdafiə bölmələri ölkə ərazisi üzərində 295 Ukrayna dronunu məhv edib. Bundan əvvəlki günün səhər saatlarından etibarən isə daha 407 pilotsuz aparatın vurulduğu bildirilib.
İddia olunur ki, məhv edilən dronların bir hissəsi Rəzyan vilayəti üzərində qeydə alınıb. Vilayətin qubernatoru Pavel Malkovun sözlərinə görə, hücum nəticəsində sənaye ərazilərində yanğınlar baş verib.
Məlumata görə, FP-1 tipli pilotsuz uçuş aparatları hücum zamanı qruplar şəklində – növbə ilə iki-üç ədəd olmaqla istiqamətləndirilib.
Bundan əvvəl Rəzyan və vilayətə edilən hücumlar nəticəsində altı nəfərin xəsarət aldığı bildirilmişdi. Pavel Malkovun açıqlamasına görə, yaralananların həyatı üçün təhlükə yoxdur və onlara tibbi yardım göstərilir.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır. Müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.