Вернуться назад Распечатать

Lavrov Ukraynada döyüşlərin dayandırılması halında “bədbin ssenari” açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada atəşkəs əldə olunacağı təqdirdə Qərb ölkələri bundan öz hərbi kontingentlərini Ukrayna ərazisində yerləşdirmək üçün istifadə edə bilər.

1xeber.media xəbər verir ki, Lavrov bu barədə TASS agentliyinə açıqlamasında danışıb.

“Bundan sonra onlar – Qərb ölkələri – Fransa və Böyük Britaniyanın rəhbərliyi ilə çoxmillətli qüvvələri yerləşdirəcək, daha sonra isə danışıqlar masasına əyləşəcəklər”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrov həmçinin qeyd edib ki, onun fikrincə, nizamlama şərtləri əvvəlcədən razılaşdırılmadan dərhal atəşkəs elan olunması Ukraynada mövcud hakimiyyətin qorunmasına və Qərb ölkələrinin Rusiyanın nəzarətinə keçən yeni əraziləri tanımamasına gətirib çıxara bilər.

Bundan əvvəl Lavrov bildirib ki, Qərb ölkələri Ukrayna məsələsinin həlli ilə bağlı Rusiyaya ultimativ tələblər irəli sürür. O, Moskvanın milli maraqlarından və “öz qürurundan” geri çəkilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Lavrovun səsləndirdiyi fikirlər Rusiya tərəfinin mövqeyini əks etdirir. Qarşı tərəf bu iddialarla bağlı fərqli mövqe ifadə edib.