Вернуться назад Распечатать

DSMF illik 540 min manata ofis icarəyə götürüb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tenderin nəticəsini açıqlayıb.

1xeber.media xəbər verir ki, qurum tabeliyindəki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis icarəyə götürüb.

Məlumatda qeyd edilir ki, ofis 12 aylıq müddətinə icarəyə götürülüb. Fond bunun üçün 540 min manat ödəyib. 3000 kvadrat metr sahəsi olan ofisin sahibi isə Aydın Akif oğlu Abbasovdur.

Qeyd edək ki, Aydın Abbasovla bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur.