Вернуться назад Распечатать

Bir qazanda 2 “qoç”un başı: Sabah AKİ-də qırğın olacaq?

Sabaha saat 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) konfrans keçiriləcək.

2 gün əvvəl AKİ bəyanat yayaraq qurumda yaranmış böhran vəziyyəti və sədr seçimi ilə bağlı qurultayın tarixini müəyyənləşdiriləcəyini bəyan edib.

“Növbəti qurultayda konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) Şəfiqə Məmmədova sədr seçilərsə, onu qəbul edilib-edilməyəcəyi haqqında bir söz deyə bilmərəm. Təbii ki, hər kəs öz dəstəklədiyi namizədin qalib gəlməsini istəyər. Bu da çox normal haldır”. 

Bunu “Yeni Sabah”a aktrisa Zülfiyyə Qurbanova deyib.

O qeyd edib ki, AKİ-yə sədr seçkilərində yenə də Əli İsa Cabbarovun tərəfdarıdır:

“Onu dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm. Çünki kino sahəsindəki fəaliyyətini şəxsən görmüşəm. Buna görə də Cavbbarovun qalib gəlməsinin tərəfdarıyam.

Festivallara gedəndə hər zaman bizə dəstək olur. Hansısa bir sıxıntımız olanda onunla asanlıqla danışa bilirik. Təkcə mənim yox, həmişə bir çox gəncin yanındadır. Onlara bacardığı qədər kömək edir.

Əli İsanı dəstəkləməyən insanlar haqqında fikir irəli sürə bilmərəm. Səbəbin nə olduğu mənə məlum deyil. Hər bir halda bu, şəxsi seçim məsələsidir. Güman ki, yaşlı nəslin Şəfiqə Məmmədovanı dəstəkləmə səbəblərindən biri də öz həmyaşıdlarının sədr seçilməsini istəmələridir”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarlar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.