İstehlakçılar əsasən, “Nənəmin nehrəsi”, “Nənəmin yağı” adı ilə rayonlardan gətirildiyi deyilən məhsulları, eləcə də “İvanovka” mağazalarında satılan yağları almasınlar. Çünki onların hazırlanmasında bitki yağlarından istifadə olunur.
1xeber.media xəbər verir ki,bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, alıcılar xüsusilə üzərində etiket olmayan yağları almasınlar:
“Etiketli məhsulların üzərindəki məlumatları diqqətlə oxusunlar. Əgər yağlar vitrinlərdə açıq şəkildə satılırsa, onları əlləri ilə sıxaraq da məhsul haqqında müəyyən fikir formalaşdıra bilərlər.
Daha bərk olan yağlar adətən daha təbii olur. Bitki yağı qarışdırılmış yağlar isə daha elastik və yumşaq olur.
Bazarlarda təsadüfi yerlərdə satılan yağlara etibar etmək olmaz. Məhsul alarkən mütləq etiket məlumatlarına diqqət yetirilməlidir”.