Вернуться назад Распечатать

"Fənərbaxça" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Türkiyənin "Fənərbaxça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsini uğurla adlayıb.

1xeber.media xəbər verir ki, İstanbul təmsilçisi cavab oyununda səfərdə Polşanın "Qurnik Zabje" komandası ilə 1:1 hesablı heç-heçə edib.

İlk görüşdə rəqibini məğlub edən "Fənərbaxça" iki oyunun nəticəsinə əsasən 2:1 hesablı üstünlüklə növbəti təsnifat mərhələsinə vəsiqə qazanıb.