Вернуться назад Распечатать

SEPAH-a məxsus mövqelər vuruldu

"İran daxilində onlarla İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus mövqeyini hədəf aldıq".

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb. 

CENTCOM-un məlumatına görə, zərbələr bir gün əvvəl Yaxın Şərqdəki Amerika qüvvələrinə edilən uğursuz raket hücumuna cavab olaraq həyata keçirilib.

Mərkəzi Komandanlıq bildirib ki, zərbələr hərbi komandanlıq mərkəzlərini, raket və pilotsuz təyyarə qurğularını, sahil müdafiəsi və müşahidə məntəqələrini, eləcə də SEPAH-ın dəniz imkanlarını hədəf alıb. 

Əlavə edilib ki, Yaxın Şərqdə 50 mindən çox ABŞ əsgəri tam hazırlıq vəziyyətindədir.