Вернуться назад Распечатать

Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

1xeber.media xəbər verir ki, Yaponiyanın cənub-qərbində baş verən güclü zəlzələdə həyatını itirənlərin sayı 28 nəfərə çatıb. Xilasetmə işləri isə davam edən afterşoklar və güclü istilər səbəbindən çətinləşib.

Hazırda azı 62 nəfərin yaralandığı, minlərlə xilasedicinin dağıntılar altında qalan insanları axtardığı bildirilir. Bölgədə təxminən 15 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Zəlzələ nəticəsində on minlərlə ev elektrik və su təchizatından məhrum qalıb. Bundan başqa, avtomobil və yarımkeçirici istehsalı ilə məşğul olan bir sıra iri müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılıb.

Yaponiya hakimiyyəti əhalini ehtiyatlı olmağa çağırıb və güclü afterşokların davam edə biləcəyi barədə xəbərdarlıq edib.