ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu İranla bağlı vəziyyəti müzakirə edərkən Vaşinqtonun qarşıdakı dövr üçün üç əsas fəaliyyət ssenarisini nəzərdən keçiriblər.
1xeber.media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, müzakirə olunan üç əsas ssenari bunlardır:
Reuters-in yazdığına görə, İsrail tərəfi hərbi variantın da müzakirə olunduğunu təsdiqləsə də, Baş nazir Benyamin Netanyahu bunun əsas seçim kimi irəli sürülmədiyini bildirib. Görüş zamanı regional təhlükəsizlik, kəşfiyyat əməkdaşlığı və İranın nüvə fəaliyyəti ilə bağlı məsələlər də gündəmdə olub.
Bəzi digər KİV-lərin məlumatına əsasən, Tramp administrasiyası bir tərəfdən diplomatik həll imkanlarını tam istisna etməsə də, digər tərəfdən İrana qarşı təzyiq siyasətini davam etdirməyə hazır olduğunu nümayiş etdirir.