Вернуться назад Распечатать

Ukrayna Rusiyada Wildberries anbarına zərbə endirib

Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan Wildberries şirkətinin daha bir logistika mərkəzinə zərbə endirib.

1xeber.media xəbər verir ki, hücum Rusiyanın Ryazan vilayətində yerləşən anbara edilib. Hadisə nəticəsində obyektdə güclü yanğın baş verib, şirkət əməkdaşları təxliyə olunub və anbarın fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumata görə, bu, Ukraynanın iyul ayı ərzində Wildberries infrastrukturuna yönəltdiyi silsilə hücumlardan biridir. Müxtəlif bölgələrdə yerləşən anbarlara edilən zərbələr nəticəsində şirkətin ümumi anbar tutumunun təxminən 10 faizi zərər görüb.

Ukrayna tərəfi bu cür obyektlərin Rusiya ordusunun logistikasına və hərbi təyinatlı məhsulların tədarükünə xidmət etdiyini bildirərək onları legitim hədəf hesab etdiyini açıqlayıb. Rusiya isə bu iddiaları rədd edir və hücumları mülki infrastruktura qarşı zərbələr kimi qiymətləndirir.

Analitiklərin fikrincə, Wildberries anbarlarına hücumlar Ukraynanın Rusiyanın logistika və təchizat zəncirinə iqtisadi təzyiq göstərmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.