Вернуться назад Распечатать

Azərbaycanın daxili dövlət borcunun həcmi açıqlanıb

Bu ilin iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon manat təşkil edib.

1xeber.media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten"ində qeyd olunub.

Məlumata görə, daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 1 milyard 822,5 milyon manat və ya 10,2% azalıb. Hazırda daxili dövlət borcu ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 12,2 faizinə bərabərdir.

İyulun 1-nə daxili dövlət borcunun 7 milyard 234,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 8 milyard 747,4 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.