Dövlət Gömrük Komitəsində struktur dəyişikliyi olub.
1xeber.media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.
Belə ki, DGK-nin Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb.
Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.