Вернуться назад Распечатать

Pakistanda polis məntəqəsinə hücum: 9 polis öldü

Pakistanın Xeybər-Paxtunxva əyalətində polis məntəqəsinə hücum həyata keçirilib.

1xeber.media xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirilən hücum nəticəsində 9 polis həlak olub, 28 nəfər isə yaralanıb.

Təhlükəsizlik qüvvələrinin cavab tədbirləri nəticəsində on beş silahlı şəxs zərərsizləşdirilib.