Вернуться назад Распечатать

Rusiya ordusunun Ukraynaya güclü kombinə edilmiş zərbə endirdiyi bildirilib

Rusiya Silahlı Qüvvələrinin iyulun 30-na keçən gecə Ukraynanın hərbi, sənaye və logistika infrastrukturuna genişmiqyaslı zərbə endirdiyi iddia olunur.

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, zərbələrin hədəfi hərbi aerodromlar, rabitə və logistika mərkəzləri, eləcə də hərbi-sənaye kompleksinə aid müəssisələr olub.

Bildirilib ki, Kiyev, Lvov, İvano-Frankovsk, Jitomir, Rovno, Vinnitsa və Dnepropetrovsk vilayətlərində pilotsuz uçuş aparatlarının istehsalı və saxlanması ilə bağlı zavod və anbarlarda yanğınlar baş verib.

Rusiya Müdafiə Nazirliyi iddia edib ki, həmin obyektlər müxtəlif təyinatlı raket silahlarının və pilotsuz aparatların istehsalı, saxlanması və daşınmasında, həmçinin hava məkanına nəzarət sistemlərinin fəaliyyətində istifadə olunurdu.

Məlumata görə, Rusiya qüvvələri həmçinin Ukraynanın Xarkov, Çerniqov, Sumı və Odessa vilayətlərindəki hədəfləri vurub.

Rusiya tərəfi bildirib ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz aparatları, aviasiya sursatları, raket sistemləri üçün texnoloji elementləri və silah ehtiyatları məhv edilib.

Ukrayna tərəfi hadisə ilə bağlı itkilər və zərərin miqyası barədə fərqli məlumat verə bilər. Müstəqil mənbələr tərəfindən bütün iddialar tam təsdiqlənməyib.