Rusiyanın “Gerbera” pilotsuz uçuş aparatlarının (PUA) müxtəlif modifikasiyalarından xüsusi hərbi əməliyyat zamanı 100 mindən çox istifadə olunduğu bildirilib.
1xeber.media xəbər verir ki, bu barədə TASS agentliyinə pilotsuz sistemlər və radioelektron mübarizə üzrə ekspert, “NPP” şirkətinin rəsmi nümayəndəsi İqor Potapov məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ilin ortalarınadək 15-20 min ədəd “Gerbera” istehsal olunsa da, hazırda istehsal həcmi dəfələrlə artırılıb.
“Seriya nömrələrinə əsaslanan subyektiv hesablamalara görə, hazırda bu göstərici 100 239 ədəd təşkil edir”, – deyə Potapov bildirib.
Ekspert qeyd edib ki, “Gerbera” əvvəlcə düşmənin hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün hazırlanmışdı. Lakin sonradan bu platforma tam funksional zərbə və kəşfiyyat PUA-sına çevrilib.
Qeyd edək ki, bu məlumatlar Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.