Вернуться назад Распечатать

Penza vilayətində logistika mərkəzinə hücum barədə açıqlama verilib

Penza vilayətinin qubernatoru Oleq Melnichenko Ukrayna Silahlı Qüvvələrinin (VSU) logistika mərkəzinə hücum etdiyini açıqlayıb.

1xeber.media xəbər verir ki, qubernatorun Telegram kanalında yaydığı məlumata əsasən, hücum zamanı 15 pilotsuz uçuş aparatı (PUA) logistika mərkəzinə çatıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Zərərin miqyası və mümkün xəsarət alanlar barədə rəsmi açıqlama gözlənilir.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi Penza vilayətindəki logistika mərkəzinə hücumla bağlı terror aktı maddəsi üzrə cinayət işi başladığını açıqlamışdı. Rusiya tərəfi hücumun Ukrayna qüvvələri tərəfindən həyata keçirildiyini iddia edir.