Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "53 №-li Yol İstismarı” MMC-nin direktoru Şahin Şamxalov vəzifəsindən azad olunub.
1xeber.media İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.
Məlumata görə, "53 №-li Yol İstismarı” MMC-yə rəhbərlik Emin Quliyevə həvalə olunub.