Вернуться назад Распечатать

Lökbatanda təhlükə saçan yol: Aylar əvvəl qazılan ərazi asfaltlanmır - VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol yararsız vəziyyətdədir.

1xeber.media xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə aylar əvvəl qazıntı işləri aparılıb, lakin asfalt hələ də çəkilməyib.

Nəticədə yolun bir hissəsi istifadəyə yararsız vəziyyətə düşüb. Küçənin daralması səbəbindən avtomobillər əks istiqamətə çıxmağa məcbur qalırlar. Bu isə ərazidə tıxacların yaranmasına və qəza riskinin artmasına səbəb olur. Qeyd edək ki, məsələ ilə bağlı daha əvvəl də reportaj hazırlanmışdı.

Həmin vaxt aidiyyəti qurum tərəfindən problemin qısa müddətdə həll olunacağı və yolun bərpa ediləcəyi bildirilib. Lakin aradan aylar keçməsinə baxmayaraq, yol hələ də əvvəlki vəziyyətində qalıb.