Вернуться назад Распечатать

Prezidentlə xanımı Qırğızıstana getdi

Azərbaycan  Prezidenti İlham Əliyev bu gün Qırğız Respublikasına dövlət səfərinə gedib.

1xeber.media xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.