“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Muradxan kəndində “Vüqar Aqro” MMC tərəfindən əkilmiş pambıq sahəsinə baxış keçirilib.
1xeber.media xəbər verir ki,Elşən Həsənli dövlət tərəfindən kənd təsərrüfatına, xüsusən pambıqçılığın inkişafına göstərilən diqqət və qayğını diqqətə çatdıraraq, qarşıdakı yığım mövsümündə yüksək məhsuldarlığın əldə olunması üçün aqrotexniki qaydalara tam əməl edilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
Sonda icra başçısı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində öz tövsiyə və tapşırıqlarını verib.