Qaxda qəza baş verib, ölən var.
Hadisə iyulun 30-u saat 16 radələrində Qax-Şəki avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub, nəticədə bir nəfər həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.