Вернуться назад Распечатать

Ukraynalı müşavir: Cəbhədə vəziyyət faktiki olaraq dayanıb

Ukrayna Müdafiə Nazirliyinin texnoloji inkişaf məsələləri üzrə müşaviri Sergey Beskrestnov (Fleş) cəbhədə vəziyyətin hər iki tərəf üçün demək olar ki, dəyişmədiyini bildirib.

1xeber.media xəbər verir ki, o, bu barədə Telegram kanalında paylaşım edib.

Beskrestnovun sözlərinə görə, hazırda Ukrayna və Rusiya orduları əsasən tükəndirmə müharibəsi aparır və tərəflər bir-birinin hərbi və infrastruktur obyektlərinə zərbələr endirirlər.

“Bütün müharibələr kimi, bu müharibə də nə vaxtsa başa çatacaq. Amma qalib olmayacaq”, – deyə o bildirib.

Müşavir hesab edir ki, davam edən qarşıdurma hər iki ölkənin iqtisadiyyatına ciddi zərər vurur.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın münaqişənin nizamlanması ilə bağlı təkliflərini artıq açıqladığını və Kiyevin mövqeyi nəzərə alınmaqla münaqişənin dondurulmasının mümkün olmadığını bəyan etmişdi.

Qeyd edək ki, bu materialda yer alan fikirlər Sergey Beskrestnovun şəxsi mövqeyini əks etdirir və tərəflərin rəsmi açıqlamaları fərqli ola bilər.