Ukrayna Silahlı Qüvvələrinin Tatarıstan Respublikasının Zelenodolsk şəhərində yerləşən logistika mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyi iddia olunur.
1xeber.media xəbər verir ki, bu barədə şəhər meri Mixail Afanasyev “VKontakte” sosial şəbəkəsində paylaşım edib.
Merin sözlərinə görə, Ukrayna sərhədindən təxminən 1000 kilometr məsafədə yerləşən şəhərə edilən hücumun qarşısı alınıb.
O bildirib ki, hadisə nəticəsində heç bir dağıntı qeydə alınmayıb və sakinlər arasında xəsarət alan olmayıb.
“Vəziyyət tam nəzarət altındadır”, – deyə Afanasyev qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Wildberries şirkəti də Ukrayna PUA-larının hücumu nəticəsində Volqoqraddakı anbarlarından birində yanğın baş verdiyini açıqlamışdı.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ukrayna tərəfi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.