Вернуться назад Распечатать

Alman jurnalist: Payızda Ukraynanın münaqişəyə təsir imkanları zəifləyə bilər

Almaniyanın Welt telekanalının Kiyevdə çalışan müxbiri Kristof Vanner Ukraynanın yaxın aylarda münaqişənin gedişinə təsir imkanlarının zəifləyə biləcəyini bildirib.

1xeber.media xəbər verir ki, jurnalistin sözlərinə görə, payız və qış aylarında ölkədə yenidən genişmiqyaslı elektrik kəsintilərinin baş verməsi ehtimalı mövcuddur.

Vanner hesab edir ki, bu vəziyyət əhalinin mənəvi durumuna mənfi təsir göstərə, eyni zamanda Ukrayna iqtisadiyyatına ciddi zərər vura bilər.

“Ukrayna üçün imkanlar pəncərəsi bağlana bilər. Payız və qışda genişmiqyaslı elektrik kəsintiləri yenidən təhlükəyə çevriləcək. Bu, insanların ruh yüksəkliyini azaldır və iqtisadiyyata zərbə vurur”, – deyə o bildirib.

Jurnalist, həmçinin Rusiya ordusunun fəaliyyətinin əvvəlcədən hazırlanmış strategiya əsasında həyata keçirildiyini və Kiyevin istifadə olunan bəzi silah sistemlərinə qarşı effektiv müdafiə vasitələrinin məhdud olduğunu iddia edib.

Qeyd edək ki, bu materialda yer alan fikirlər Kristof Vannerin şəxsi qiymətləndirmələridir və münaqişənin inkişafı ilə bağlı fərqli mövqelər mövcuddur.