Вернуться назад Распечатать

Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO

Qopan fasad körpüdən keçən sürücülər üçün təhlükə mənbəyinə çevrilib. Böyükşor yolundakı körpüdə qəzalı vəziyyət yaranıb.

1xeber.media Xəzər Tv-yə istinadən xəbər verir ki, sürücülər deyir ki, onsuz da bu yolda gecə-gündüz sıxlıq müşahidə olunur, əgər körpünün qəzalı hissəsi bərpa olunmazsa daha ciddi problemlər yaşana bilər:

Bəzi sürücülər isə narahatlığa baxmayaraq bu yoldan hər gün istifadə etməli olduqlarını deyirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, görüntülərə baxmayaraq həmin ərazidə risk ehtimalı yoxdur.

O ki, qaldı fasadın bərpa olunması məsələsinə qurum rəsmisinin sözlərinə görə, yaxın günlərdə problem öz həllini tapacaq.