Ukrayna ABŞ və Fars körfəzi ölkələrinə pilotsuz uçuş aparatları (PUA) sahəsində dəstəyini davam etdirməyə hazırdır, lakin bunun qarşılığında silah təminatı gözləyir.
1xeber.media xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən ukraynalı rəsmi şəxs Politico nəşrinə bildirib.
“Biz bizi dəstəkləyənləri dəstəkləməyə hazırıq”, – deyə mənbə vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları və antidron sistemləri sahəsində geniş təcrübə qazanıb. Rəsmi şəxs hesab edir ki, bu təcrübə ABŞ və Yaxın Şərq ölkələrinin Kiyevlə əməkdaşlıqda maraqlı olmasının əsas səbəblərindən biridir.
Məqalədə qeyd olunur ki, Ukrayna bu sahədə əməkdaşlığı davam etdirməyə hazırdır, lakin bunun qarşılığında hərbi yardım və silah tədarükü gözləyir.
Xatırladaq ki, daha əvvəl Bloomberg agentliyi ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinin İranla gərginliyin artmasından narahat olduqlarını yazmışdı. Məlumata görə, onlar bunun regional təhlükəsizlik və iqtisadiyyata mənfi təsir göstərə biləcəyini düşünürlər.