Вернуться назад Распечатать

Rusiyanın “Qorınıç” dronu SVO zonasında istifadəyə verilib

Rusiyada hazırlanmış “Qorınıç” adlı yükdaşıyan pilotsuz uçuş aparatı (PUA) xüsusi hərbi əməliyyat zonasında istifadəyə verilib.

1xeber.media xəbər verir ki, bu barədə TASS agentliyinə “Svaroq” Elmi-İstehsalat Mərkəzinin rəsmi nümayəndəsi məlumat verib.

Bildirilib ki, “Qorınıç” çətin keçilən ərazilərə yüklərin yüksək dəqiqliklə çatdırılması üçün nəzərdə tutulub. PUA radioelektron mübarizə vasitələrinin tətbiqi və peyk naviqasiya siqnallarının boğulduğu şəraitdə işləyə bilən optik sensorlarla təchiz edilib.

Mərkəzin nümayəndəsinin sözlərinə görə, bu xüsusiyyət ön xəttdə yükün təhlükəsiz şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

O əlavə edib ki, “Qorınıç” həm inersial, həm də optik naviqasiya sistemindən istifadə edə bilir və idarəetmə prinsipi DJI Mavic tipli dronlara bənzəyir.

Verilən məlumata əsasən, dronun uçuş məsafəsi 12 kilometr, faydalı yükdaşıma qabiliyyəti isə 10 kiloqramdır.

Qeyd edək ki, bu məlumatlar Rusiya tərəfinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.