Вернуться назад Распечатать

Polşada Ukraynaya silah yardımı ilə bağlı Tuskun istefasını tələb etdilər

1xeber.media xəbər verir ki, Polşada Baş nazir Donald Tuskun Ukraynaya silah göndərmək niyyətinə görə istefası tələb olunub.

Bu barədə müxalifətdə olan “Hüquq və Ədalət” (PiS) partiyasının deputatı Pşemıslav Çarnekin sözlərini Do Rzeczy nəşri yayıb.

“Əgər baş nazir deyirsə ki, biz tərksilah olmalı, bütün silahları Ukraynaya verməliyik və unudur ki, Belarus da var, Kalininqrad vilayəti də var, Rusiya təhlükəsi yalnız Ukraynadan gəlmir, deməli, Polşanın təhlükəsizliyinə zərər vuran bir şəxslə qarşı-qarşıyayıq”, – deyə deputat bildirib.

Çarnekin fikrincə, Patriot raketləri də daxil olmaqla ən müasir hərbi texnika Polşa ərazisində qalmalı və ölkənin milli təhlükəsizliyinə xidmət etməlidir, digər dövlətlərin maraqları üçün istifadə olunmamalıdır.

Qeyd edək ki, daha əvvəl Donald Tusk Lublin voyevodalığında hava obyektinin düşməsi hadisəsindən sonra Ukraynaya Patriot sistemləri üçün raketlərin tədarükü məsələsinə baxacağını açıqlamışdı.

Qeyd edək ki, materialda yer alan fikirlər Polşalı deputat Pşemıslav Çarnekin mövqeyinə əsaslanır.