Вернуться назад Распечатать

Ukrayna ordusunun raket zərbələri Belqorod vilayətində yaşayış evlərinə düşüb

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) raket zərbələri Rusiyanın Belqorod vilayətinin Borisovka qəsəbəsində yaşayış evlərinə düşüb.

Bu barədə regionun operativ qərargahı məlumat yayıb.

Bildirilib ki, bir neçə fərdi yaşayış evi ciddi zərər görüb. Hücum nəticəsində üç nəfər xəsarət alıb. Onların arasında ər-arvad və qonşuları olub. Borisovka sakininin həyat yoldaşını həkimlər xilas edə bilməyib.

Həlak olan qadının həyat yoldaşı isə çoxsaylı qəlpə yaraları və ayaq nahiyəsində ağır xəsarətlərlə Borisovka Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Regionun operativ qərargahından bildirilib ki, Borisovkaya hücum zamanı Ukrayna tərəfindən hansı növ sursatlardan istifadə edildiyi hələ açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna dronlarının Rusiyanın müxtəlif bölgələrinə kütləvi gecə hücumu etdiyi bildirilmişdi. Hücumlar sərhəddən min kilometrdən çox məsafədə yerləşən zavod və logistika mərkəzlərinə yönəlmişdi.