1xeber.media xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin Ukraynadakı xüsusi hərbi əməliyyatın (XHƏ) başa çatma vaxtı ilə bağlı açıqlama verib.
Karasinin sözlərinə görə, Rusiya xüsusi əməliyyatın 2026-cı ildə başa çatmasını istəyir.
“Əlbəttə, biz bu əməliyyatı bu il başa çatdırmaq istərdik, lakin məsələ yalnız bizdən, yalnız əsgərlərimizin və bütün ölkənin qətiyyətindən asılı deyil”, – deyə senator bildirib.
O qeyd edib ki, hər şey Ukrayna münaqişəsi ilə bağlı davam edən vəziyyətin necə inkişaf edəcəyindən, o cümlədən beynəlxalq şəraitdən və Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya zərbələri ilə bağlı vəziyyətdən asılıdır.
“İstək var, amma vacib olan bu istəyi reallığa çevirməkdir. Məsələ də bundadır. Bir sözlə, hər şey hər şeydən asılıdır”, – deyə Karasin əlavə edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkənin xüsusi əməliyyatın başa çatması baxımından mühüm mərhələdə olduğunu bildirib. O vurğulayıb ki, Rusiyaya qələbə lazımdır, lakin istənilən qiymətə yox.
Qeyd edək ki, materialda yer alan fikirlər Rusiya senatoru Qriqori Karasinin açıqlamalarına əsaslanır.