Вернуться назад Распечатать

Azərbaycan manatının möhkəmlənməsi bunu azaldır

Azərbaycan manatının möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır.

1xeber.media Report-a istinadla xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Sözsüz ki, inflyasiyanı proqnozlaşdırarkən proqnozlarımızı bir neçə amil üzərində qururuq və bunun nəticəsi olaraq da hazırkı şəraitdə nikbin proqnozlar veririk. İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir.

Çox sadə dillə desək, dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri artdıqda dollar indeksi də möhkəmlənir. Dollar indeksinin möhkəmlənməsi isə o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür",- deyə o qeyd edib.