Вернуться назад Распечатать

İqnatsio Kassis Azərbaycana gələcək

İsveçrə Federal Şurasının üzvü İqnatsio Kassis ATƏT-in fəaliyyətdə olan sədri qismində avqustun 4-5-də Azərbaycan və Türkmənistana səfər edəcək.

1xeber.media xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, müzakirələrdə ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh səyləri və İsveçrənin ATƏT-ə 2026-cı il sədrliyi çərçivəsində Mərkəzi Asiyadakı rolu əsas diqqət mərkəzində olacaq.

Bu səfər regional turun ilk mərhələsidir. Tur bu ilin payızında Ermənistan və Gürcüstana səfərlərlə davam edəcək.