Вернуться назад Распечатать

Qırğızıstan mediası İlham Əliyevin səfərini geniş işıqlandırdı

 

Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

1xeber.media xəbər verir ki, xəbər verir ki, Qırğızıstan xəbər agentlikləri, televiziya kanalları, qəzetlər və onlayn nəşrlər Azərbaycan dövlətinin liderinin gəlişi, rəsmi qarşılanma mərasimi, prezidentlər İlham Əliyev və Sadır Japarov arasında keçirilən danışıqlar, müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması və iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat veriblər.

Media Prezident İlham Əliyevin Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi ilə bağlı bəyanatına, Qırğızıstanın sosial-iqtisadi uğurlarını yüksək qiymətləndirməsinə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid geosiyasi və geoiqtisadi bölgəyə çevrilməsi ilə bağlı fikirlərinə xüsusi diqqət yetirib.

Qırğız mətbuatı hələ dövlət səfərindən əvvəl bu barədə məlumatlar verməyə başlamışdı.

“Veçerniy Bişkek” qəzeti bildirib ki, səfər proqramında dövlət başçıları arasında təkbətək danışıqlar və Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

“Kabar” xəbər agentliyi, dövlətə məxsus “Erkin-Too” qəzeti, “UTRK”, “ELTR” televiziya kanalı, eləcə də “Kaktus.media”, “24.kg”, “Super.kg” və “IM.kg” saytları Prezident İlham Əliyevin iyulun 30-da “İssık-Kul” Beynəlxalq Hava Limanına gəlişi barədə məlumat yayıblar.