Вернуться назад Распечатать

Yaponiya yenə silkələndi

Yaponiyanın Hokkaydo adası sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

1xeber.media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi barədə də xəbərdarlıq edilməyib.

Qeyd edək ki, son günlər Yaponiyada zəlzələ ocaqları xeyli aktivləşib. İyulun 28-də seysmoloqlar Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ qeydə alıblar. Qısa müddət sonra isə adada 6,1 bal gücündə daha bir zəlzələ baş verib.