1xeber.media xəbər verir ki, Rusiya hökuməti 2026-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Nüvə Enerjisi Agentliyinin büdcəsinə illik üzvlük haqqını ödəməyəcəyini açıqlayıb.
Məlumata görə, söhbət 61 milyon 313 min 400 rubl məbləğində nəzərdə tutulan ödənişdən gedir. Hökumətin qərarına əsasən, federal büdcədə bu məqsəd üçün ayrılmış vəsait başqa istiqamətə yönəldiləcək.
Bildirilib ki, həmin vəsait Tacikistanda uran hasilatı müəssisələrinin təsirinə məruz qalmış ərazilərin reabilitasiyası ilə bağlı tədbirlərin əlavə maliyyələşdirilməsinə sərf olunacaq.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi nüvə silahlanması yarışının sürətlənməsi ilə bağlı suala cavabında hazırkı şəraitdə nüvə tərksilahı perspektivinin uzaq göründüyünü bildirmişdi.