Вернуться назад Распечатать

Rusiya Müdafiə Nazirliyi Kiyevə gecə zərbələrinin təfərrüatlarını açıqlayıb

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi avqustun 1-nə keçən gecə Kiyev və Kiyev vilayətində hərbi-sənaye kompleksinə məxsus müəssisələrə və logistika mərkəzlərinə zərbələr endirildiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, hücum yüksək dəqiqlikli quru və dəniz bazalı silahlarla, eləcə də uzaqmənzilli zərbə tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Bildirilib ki, hədəf alınan obyektlər raket silahlarının, pilotsuz uçuş aparatlarının, radiolokasiya stansiyalarının və radioelektron mübarizə vasitələrinin istehsalı, saxlanılması və daşınmasında istifadə olunurdu.

Rusiya Müdafiə Nazirliyi əməliyyat zamanı müəyyən edilmiş bütün hədəflərin vurulduğunu iddia edib.

Qeyd edək ki, Ukrayna tərəfi hücumun nəticələri ilə bağlı öz məlumatlarını açıqlayır və münaqişə şəraitində tərəflərin səsləndirdiyi məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün olmur.