Вернуться назад Распечатать

Rusiya “Yanina” gəmisinə hücumu dəniz quldurluğu adlandırıb

1xeber.media xəbər verir ki, Rusiyanın dövlət korporasiyası **“Rosatom”**un baş direktoru Aleksey Lixaçev FESCO şirkətinə məxsus “Yanina” ticarət gəmisinə edilən hücumun dəniz quldurluğu kimi qiymətləndirilməli olduğunu bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində baş verən hadisəni “piratçılıq və dəniz quldurluğundan başqa cür qiymətləndirmək mümkün deyil”.

Lixaçev qeyd edib ki, gəminin ekipajı təhlükəsiz şəkildə xilas edilib. Onun sözlərinə görə, ekipajın təxliyəsində Rusiya Qara dəniz Donanmasının aviasiyası, eləcə də kapitanı Misir vətəndaşı olan “Delphinus” gəmisinin heyəti iştirak edib.

“Dəniz qardaşlığı sarsılmaz dəyər olaraq qalır”, – deyə “Rosatom” rəhbəri xilasedicilərə təşəkkür edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya tərəfi Qara dənizdə mülki təyinatlı yük daşıyan “Yanina” gəmisinin Ukraynaya məxsus olduğu iddia edilən dəniz pilotsuz aparatlarının hücumu nəticəsində batdığını açıqlamışdı.

Qeyd edək ki, bu məlumat Rusiya tərəfinin açıqlamasına əsaslanır. Hadisə ilə bağlı Ukrayna tərəfindən hələlik rəsmi mövqe açıqlanmayıb.