1xeber.media xəbər verir ki, Rosaviasiya Rusiyanın bir sıra hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.
Məhdudiyyətlər Buqulma, Kazan, Nijnekamsk, Nijni Novqorod, Orenburq, Samara, Saratov və Çeboksarı hava limanlarına şamil edilib.
Qurumun məlumatına görə, bəzi şəhərlərdə tətbiq olunan məhdudiyyətlər artıq ləğv olunub. Gün ərzində isə Sıktıvkar və Uxta hava limanlarında da oxşar təhlükəsizlik tədbirləri tətbiq edilib.
Xatırladaq ki, daha əvvəl Rosaviasiya Rusiyanın “İjavia” aviaşirkətinin istismar sertifikatını ləğv edib. Şirkətin avqustun 1-dən etibarən uçuşları dayandıracağı bildirilib.
Bundan əlavə, bu ilin fevral ayında Rostransnadzor Rusiyanın ən iri çarter aviaşirkətlərindən biri olan Azur Air-də yoxlamalara başlayıb.