Вернуться назад Распечатать

Rubio: ABŞ və Çin arasında münaqişə bütün dünya üçün fəlakətli ola bilər

1xeber.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Vaşinqton və Pekin arasında baş verə biləcək istənilən silahlı və ya iqtisadi qarşıdurmanın qlobal nəticələrinin ağır olacağını bildirib.

Rubionun Reuters agentliyinə verdiyi açıqlamaya görə, ABŞ və Çin arasında mümkün münaqişə mövcud qlobal təchizat zəncirlərini ciddi şəkildə poza bilər.

“ABŞ ilə Çin arasında istənilən münaqişə – istər iqtisadi, istərsə də, Allah eləməsin, hərbi qarşıdurma – hər iki ölkə və bütün dünya üçün fəlakətli olardı”, – deyə o bildirib.

ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton belə bir ssenaridən yayınmağa çalışmalı, eyni zamanda milli maraqlarını qətiyyətlə müdafiə etməlidir.

Xatırladaq ki, daha əvvəl amerikalı siyasi şərhçi və istefada olan polkovnik-leytenant Erl Rasmussen ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyəcəyi təqdirdə, Vaşinqtonun Çinlə yeni ticarət müharibəsinə cəlb oluna biləcəyini istisna etməyib. Onun fikrincə, Rusiya-Çin ticarətinə 100 faizlik rüsum tətbiq etmək cəhdləri Pekinin sərt reaksiyasına səbəb ola bilər.