İtaliyanın Neapol şəhəri yaxınlığındakı Fleqrey çöllərində baş vermiş 4,7 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 26 nəfərə çatıb.
1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Xidməti məlumat yayıb.
Bildirilib ki, təxminən 300 sakin təhlükəsizlik məqsədilə evlərini tərk etmək məcburiyyətində qalıb.