Azərbaycanın srbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.
1xeber.media xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.
***16:05
Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
1xeber.media xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3 hesabı ilə üstələyib.
45 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Tunar Həsənov isə 1/4 finalda gürcüstanlı Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.
***14:50
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
1xeber.media xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Həmçinin, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.