Вернуться назад Распечатать

UEFA-dan İnfantinoya xəbərdarlıq: İstefa verməsən...

UEFA FİFA prezidenti Canni İnfantinonu könüllü şəkildə istefa verməyə çağırıb.

1xeber.media xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri məlumat yayıb.

UEFA İnfantinonun könüllü şəkildə istefa verməyəcəyi təqdirdə, ona qarşı etimadsızlıq səsverməsinin (no-confidence vote) başlanacağı ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, bundan əvvəl UEFA və quruma üzv olan 55 milli assosiasiya FİFA-nın dünya çempionatı və digər turnirlərdə payların özəl investorlara satılması planına qarşı birgə bəyanat yayıb.

Bundan sonra FİFA sözügedən planından imtina edib.