Вернуться назад Распечатать

Masallıda zibil poliqonunda yanğın taxıl sahələrinə keçdi

Masallıda zibil poliqonunda güclü yanğın başlayıb.

1xeber.media xəbər verir ki, yanğının əhatə dairəsi əkin sahələrinə doğru genişlənir.

Bu səbəbdən əraziyə yaxın əkin sahələri üçün ciddi təhlükə yaranıb.

***

Masallıda zibil poliqonunda başlayan güclü yanğın biçilmiş taxıl sahələrinə keçib.

Report-un məlumatına görə, yanğının əhatə dairəsi genişlənərək ətrafdakı əkin sahələrinə doğru irəliləyib.

Qeyd edək ki, ətrafda biçilmiş taxıl sahələri və yaşıllıq zolaqları var.