Вернуться назад Распечатать

Üzərək İspaniyaya keçmək istəyən futbolçu öldü

Mərakeşli futbolçu Əl Əzizi digər miqrantlar kimi İspaniyanın Seuta şəhərinə üzməyə çalışarkən ölüb.

1xeber.media xəbər verir ki, bu barədə Mərakeşin "Maghreb Athletic" klubu məlumat yayıb.

Klub bildirib ki, "O, şöhrət və ya macəra axtarmırdı. O, yalnız daha yaxşı bir həyat və gələcək istəyirdi və inanırdı ki, bu, onu sərhədin o biri tərəfində gözləyir".